TAVAN IŞIQLANDIRICILARI

Klassik, müasir və ya avanqard interyer olmasından asılı olmayaraq, istənilən tərzdə interyer üçün abajurlu və ya abajursuz, straz və daşlarla bəzədilmiş və ya sadə, büllurdan tavan işıqlandırıcıları və yaxud böyük asma çılçıraqlar.

Davam +

DİVARÜSTÜ BRA

Oyma nümunələr ilə antik tərzdə yerinə yetirilmiş və ya qızıl, gümüş örtüklü, sarı misdən tökmə, parıltılı straz və mütəlif rənfli daşlar ilə bəzədilmiş, gözəl abajurlu və ya abajursuz, büllur asmalar ilə bra və divarüstü lampalar.

Davam +

TORŞERLƏR

İş kabineti ilə yanaşı, yaşayış məkanında da gözəl görünən, sarı misdən yüksək eleqant ayaqlar üzərində, abajurlu və abajursuz, lampa işığında bərq vuran, gözəl büllur
asmalar ilə yerüstü lampa – torşerlərin geniş çeşidləri.

Davam +

Aksesuarlar

Çılçıraqlardan başqa, Ceylan eyni zamanda çılçıraqlara və lampalara əlavələrin, ev üçün aksesuarların, həmçinin sarı misdən tökmə çərçivədə işıqlandırma ilə güzgü,
abajurlar və ya plafonlar, vazlar, tökmə pilləkan məhəccərlərinin geniş həcmini təklif edir.

Davam +

Gözqamaşdırıcı Kolleksiya

Ceylan büllur çılçıraqları – İstanbulda xüsusi diqqətli əl qabiliyyəti ilə yığılan lampalardır, qəbul olunmuş keyfiyyət, məharət və incəsənətdir. Çılçıraqların istehsalında öz keyfiyyəti və gözəlliyi ilə bütün dünyada məşhur olan Çexiya büllurundan istifadə olunur. Büllur çılçıraqlar lüks və əzəmətin təcəssümüdür və bütün dünyada ən gözəl interyerlərdə bəzək əşyası hesab olunur, Ceylan çılçıraqları isə – eyni zamanda keyfiyyət etalonudur. Ceylan kolleksiyasında müxtəlif tərzli çılçıraqlar vardır: standart sinif ilə yanaşı premium sinifdən olan klassika, avanqard və ya modern tərzi. Büllur çılçıraqlar tavanın hündürlüyündən asılı olmayaraq istənilən interyerdə yaxşı görünür, alçaq tavanlı binalar üçün kolleksiyada büllur çılçıraqlar – armaturlar vardır. Çılçıraqlardan başqa, Ceylan kolleksiyasında bralar, torşerlər, stolüstü lampalar, tavan plafonları vardır.

Layihəyə Uyğun Çılçıraqlar

Büllur çılçırqların hazırlanması üzrə geniş təcrübə, şirkətin ştatında professional dizaynerlərin və ustaların olması sayəsində, Ceylan fərdi eskizə əsasən sifariş ezrə çılçıraqların hazırlanmasını təklif etmək imkanına malikdir. Ceylan baza modelləri əsasında eksklüziv çılçıraqlar hazırlamaqla yanaşı (bir çox hissələrin, yaruslaın, daha çox büllur asmaların əlavə olunması), dünyada yeganə olacaq tam yeni modeli işləyib hazırlaya bilər. Teatrlar, konservatoriyalar, qalalar, məscidlər, toy zalları, yüksək tavanlı bəzəkli restoranlar kimi məkanlar üçün yüksək və olduqca yüksək çılçıraqların hazırlanmasında şirkətin böyük təcrübəsi vardır. Xüsusi lampaların hazırlanmasından əlavə, şirkət eyni zamanda istehsal və məkanda quraşdırma da daxil olmaqla, “açar təslim” interyerlərinin işıqlandırılması üzrə layihələrin həyata keçirilməsi ilə də məşğul olur.

Eşsiz koleksiyonu ile İstanbuldan Ceylan unikal lampalar!

Ceylan şirkəti “lüks” sinifinə malik lampaların və çılçıraqların istehsalında əsrin dörddə birindən artıq bir təcrübəyə malikdir. Bu gün şirkət İstanbulda dörd böyük shouruma, eyni zamanda bütün dünya üzrə satış nöqtələrinə malikdir.

Ceylan Lighting şirkətinin ilk ofisi və şourumu 1996-cı ildə İstanbulun Sishane rayonunda açılmışdır. Bu gün Ceylan – Türkiyədə lampaların uğurlu istehsalçısıdır, hansı ki, Çexita büllurundan klassik, avanqard və müasir çılçıraqlar, eyni zamanda bralar, döşəmə torşerləri, dekor predmetləri istehsal edir və satışını təşkil edir. Lampaların topdan və ya pərakəndə alışı İstanbulda yerləşən istənilən şourumda mümkündür, şirkət eyni zamanda müxtəlif dövlətlərə ixrac ilə də məşğuldur.

Şəxsi istehsal, mühəndislərin və ustaların yüksək ixtisası və ən yeni texnologiyalar Ceylan fabrikinə lampalar dünyasının aktual tendensiyalarına müvafiq olaraq yüksək keyfiyyətli çılçıraqları istehsal etmək imkanını yaradır. Ceylan məhsulları – ənənəvi mükəmməl iş zamanı ciddiliyin və dəbdəbənin vəhdətidir. Bütün məhsullar müasir materiallardan istehsal olunur: büllur, mərmər, sarı mis, xromlaşdırılmış metal, bürünc.

Ceylan kolleksiyası elə qurulmuşdur ki, vahid bir tərzdə bütün ev üçün işıqlandırıcıları seçmək olar. İşıqlandırma qismində yataq otağı üçün ən yaxşı divarüstü bra ilə uyğun döşəməüstü torşerlərdir, çarpayının yanında isə – stolüstü lampalar. Zal üçün ən yaxşı büllur çılçıraqlardır ki, bu çılçıraqların hündürlüyü tavanın hündürlüyündən asılı olaraq seçilir. Vanna otağı və qarderob üçün kolleksiyada yığcam lampalar vardır.